Messiyə 1,2 milyardlıq təklif

11:09 - 30 May 2023 - İDMAN

"Əl-Hilal" Lionel Messiyə iki il üçün 1,2 milyard avro təklif edib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Lionelin atası təklifi qəbul edib, hücumçu da Səudiyyə Ərəbistanına köçməyə meyillidirş

Məlumata görə, "PSJ"nin hücumçusu "Barselona" ilə Səudiyyə Ərəbistanı klubu arasında seçim edir və indi getdikcə ikinci varianta meyl edir.

Ər-Riyadlı komanda argentinalıya 1,2 milyard avro dəyərində iki illik müqavilə təklif edib.

İllik 600 milyon avro maaşla Messi ən çox maaş alan idmançı olacaq. Lionelin onu təmsil edən atası və qardaşı futbol tarixinin ən böyük komissiyasını alacaq.

Artıq Xorxe Messinin təklifi qəbul etdiyi iddia edilir. Futbolçu hələ də "Barselona"nın yaxın gələcəkdə nəsə edəcəyinə ümid edir.

Xəbər xətti