Türkiyə liderinin ən çox sevdiyi mahnı bu imiş -  VİDEO

10:18 - 30 May 2023 - Cəmiyyət

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu aralar ən çox sevdiyi mahnı “Duyanlara duymayanlara” mahnısıdır”.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Hande Fırat açıqlama verib. O bildirib ki, Ərdoğan bu mahnını çox bəyənib. Qeyd edək ki, mahnının müəllifi Cengiz Kurtoğludur. Cengiz Kurtoğlu ilk dəfə mahnını hakim Ədalət və İnkişaf partiyasının İstanbulda təşkil edilən tədbirində oxuyaraq, Ərdoğana sürpriz edib.

Ardınca Ərdoğan mahnıdan təşviqat kampaniyasında istifadə edib. Mitinqlərdə mahnı səslənərkən Ərdoğanın da zümzümə etməsi diqqət çəkirdi. Ərdoğan prezident seçiləndən sonra Ankarada xalqa müraciəti zamanı da mahnı səslənərkən zümzümə etmişdi.///metbuat.az

Xəbər xətti