Zelenski Cənubi Koreyanı HHM sistemləri verməyə çağırıb

10:08 - 30 May 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski ümid edir ki, Koreya Respublikası Kiyevi lazımi hava hücumundan müdafiə avadanlıqları ilə təmin edəcək.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə çərşənbə axşamı dərc olunan “Çosun İlbo” qəzetinə müsahibəsində bildirib.

Zelenski qeyd edib ki, o, Seulun silah tədarükü ilə bağlı məhdudiyyətlərini nəzərə alır, lakin hesab edir ki, bu prinsiplər müdafiə sistemləri və enerji infrastrukturunu qorumaq üçün avadanlıqlara şamil edilmir.

"Hava hücumundan müdafiə sistemi silah deyil, sırf müdafiə avadanlığıdır. Ukraynanı bərpa etmək üçün "səmavi qalxan" lazımdır, mən ürəkdən ümid edirəm ki, Koreya Respublikası bu sahədə bizə kömək edəcək", - o əlavə edib.

Xəbər xətti