Bakıda bu küçələrdə evlər sökülür - Sakinləri nə gözləyir? VİDEO

10:07 - 30 May 2023 - Cəmiyyət

Bakının Yasamal rayonu ərazisində uçma təhlükəsi ilə üz-üzə olan ikimərtəbəli binaları yaxın vaxtlarda modern, göz oxşayan çoxmərtəbəli binalar əvəz edəcək

Ucnoqta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Söhbət Sübhi Salayev, Zivərbəy Əhmədbəyov, Cəlil Məmmədquluzadə, Fuad İbrahimbəyov, Əlibaba Abdullayev küçələrin kəsişməsində yerləşən 18-19 əsrə aid evlərdən gedir.

Artıq bir həftəyə yaxındır ki, həmin ünvanlarda yaşayanların ərazidən kirayə mənzillərə köçürülməsinə başlanılıb. Evlərini tərk edən vətəndaşlara çoxmərtəbəli binalarda öz evlərinin sahəsindən 20 kvadrat metr əlavə sahəsi olan mənzillər təklif olunur.

Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara kirayə pulu verilir.

Ətraflı Real TV-nin videomaterialında izləyə bilərsiniz:

Xəbər xətti