Hollivudda atışma nəticəsində 9 nəfər yaralanıb

08:10 - 30 May 2023 - DÜNYA

Florida ştatında iki dəstə arasında atışma nəticəsində 9 nəfər yaralanıb

Ucnoqta.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb. Məlumata görə, Florida ştatının Hollivud şəhərində atışma nəticəsində azı 9 nəfər yaralanıb.

Əldə olan məlumata görə, iki cinayətkar gənclər qrupunun üzvləri arasında toqquşma olub. Yaralılardan dördü 17 yaşına çatmayan gəncdir.

Atəş açanlardan biri həbs edilib. 

Xəbər xətti