Elxan Qasımov vəfat edib

19:17 - 29 May 2023 - HADİSƏ

Tanınmış kinorejissor, Əməkdar artist, Elxan Qasımov dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd edək ki, aktyorun səhhətində may ayında problemlər yaranmışdı.

 Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Xəbər xətti