Azərbaycanın ən yaşlı seçicisi məlum olub

15:36 - 26 May 2023 - ÖLKƏ İÇİ

Azərbaycanda ən yaşlı seçicilər məlum olub.

Ucnoqta.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib ki, ölkədə ən yaşlı seçicisi Ağdaş rayon sakini, 1900-cü il təvəllüdlü Nəbiyeva Bari Şamı qızıdır və onun 123 yaşı var:

"Ən yaşlı kişi seçici isə 108 yaşındadır: “Həmin şəxs isə 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur” - MSK sədri qeyd edib.

Xəbər xətti