Putin Şolz ilə dialoqa açıqdır - Peskov

15:17 - 26 May 2023 - DÜNYA

Berlinin Putinlə Şolz arasında telefon danışığı başlatması barədə məlumat yoxdur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. Peskovun sözlərinə görə, indiyədək Almaniya kansleri Putinə zəng etməyib.

"Biz danışmalıyıq. Putin dialoqa açıqdır. Eyni zamanda, o, əsas məqsəd güdür - Rusiyanın maraqlarını qoruyur", - Peskov bildirib.

Xatırladaq ki, mayın 26-da Şolz vaxtında Vladimir Putinlə yenidən telefon danışığı etmək niyyətində olduğunu bildirmişdi. Almaniya kansleri qeyd edib ki, onun Rusiya prezidenti ilə son söhbətindən xeyli vaxt keçib. Kanslerin belə bir dialoqu dəqiq nə vaxt planlaşdırdığını Şolz dəqiqləşdirməyib.

Xəbər xətti