Kanada Ukraynaya 40-dan çox AIM-9 raketi tədarük edəcək

14:35 - 26 May 2023 - DÜNYA

Kanada öz ehtiyatlarından Kiyevə 43 ədəd "AIM-9 Sidewinder" hava-hava idarə olunan raketlərini təhvil verəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Anita Anand Ukraynaya silah tədarükünü koordinasiya etmək üçün Qərbin yaratdığı çoxmillətli qrupun cümə axşamı keçirilən iclasında bildirib.

Anand həmçinin bildirib ki, Kanada Hərbi Hava Qüvvələrinin ehtiyatlarından Ukraynaya 43 AIM-9 raketi təhvil veriləcək.

 Kanada Ukraynaya ümumilikdə 21 min atıcı silah və 2,4 milyon patron çatdırmağı planlaşdırır.

Xəbər xətti