Avropada qazın qiyməti 2021-ci ilin iyunundan bəri ən aşağı səviyyəyə düşüb
Ucnoqta.az xəbər verir ki, bu ICE London Fond Birjasında ticarət məlumatlarına əsasən məlum olub. Belə ki, Avropanın ən böyük mərkəzi TTF indeksi üzrə iyun qaz fyuçersləri demək olar ki, iki il ərzində minimuma - min kubmetr üçün 321 dollara düşüb.
Qiymətlərin azalmasının əsas amillərindən biri Aİ anbarlarında rekord qaz ehtiyatları olub.