Səudiyyə Ərəbistanı dünyanın ən böyük yaşıl ammonyak zavodunu tikir

20:12 - 22 May 2023 - İQTİSADİYYAT

Səudiyyə Ərəbistanında yerləşən NEOM Yaşıl Hidrogen Şirkəti (NGHC) azot və hidrogendən ibarət kimyəvi birləşmə olan təmiz (yaşıl) ammonyak istehsal etmək üçün dünyanın ən böyük zavodunun tikintisi üçün 8,4 milyard dollarlıq investisiya toplayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi şirkətin saytında məlumat verilib.

Zavodun 2026-cı ilin sonuna qədər gündə 600 ton yaşıl ammonyak istehsal edəcəyi planlaşdırılır. O, hazırda Oksaqon Sənaye Kompleksində tikilir və səkkizbucaqlı formada layihələndiriləcək. Liman və logistika mərkəzini özündə birləşdirəcək. Mərkəz 26,5 min kvadratmetr sahədə tikilməkdə olan futuristik bir metropol olan "Neom" adlı böyük layihənin bir hissəsidir.

Xəbər xətti