Dünya bazarında neft qiymətlərində artım müşahidə olunub.
Ucnoqta.az xəbər verir ki, Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,75% artaraq 76,43 dollar/barelə, WTI-nin iyun fyuçersləri isə 0,70% artaraq 72,36 dollara çatıb. Beləliklə, həftənin əvvəlindən bu artım hazırda müvafiq olaraq 3,03% və 3,27% təşkil edir.