Yamal-Avropa qaz kəmərinin Polşa hissəsinin sahibi olan Polşanın "EuRoPol GAZ" şirkəti Stokholmdakı Ticarət Palatasında arbitrajda Rusiyanın “Qazprom” şirkətinə qarşı 6 milyard PLN (1,4 milyard dollardan çox) təzminat iddiası qaldırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü Polşa baş nazirinin müavini və dövlət aktivlərinə nəzarət naziri Yaçek Sasin RMF24 radiostansiyasına bildirib.
Qaz tranzitinə cavabdeh olan “EuRoPol GAZ” qaz nəqlinə görə ödənilməmiş borcun təxminən 850 milyon PLN (təxminən 220 milyon dollar) geri qaytarılması üçün “Qazprom”a qarşı arbitrajda iddia qaldırıb. Bundan əlavə, “EuRoPol GAZ” hazırda Rusiya qazını daşımadığına görə “Qazprom”dan “itirilmiş mənfəət”ə görə 5 milyard zlotidən (təxminən 1,2 milyard dollar) çox almaq niyyətindədir.