Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsinin 60 gün uzadıldığını bildirib.
Ucnoqta.az xəbər verir ki, Ərdoğan taxıl müqaviləsinin uzadılması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Volodimir Zelenski və BMT baş katibi Antonio Quterreşə təşəkkür edib.
"Taxıl müqaviləsinin uzadılması Rusiya və Ukraynanın konstruktiv yanaşmaları sayəsində mümkün olub" - Ərdoğan deyib.