Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi layihəsinin həyata keçirilməsinə 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayrılıb.
Ucnoqta.az xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib ki, layihənin ümumi dəyəri 1,6 milyard avrodur.
"Bu layihənin həyata keçirilməsi üçün dövlətlərarası kredit ayrılır - 1,3 milyard avro. Eyni zamanda, layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir", - o bildirib.
Onun sözlərinə görə, dövlətlərarası kreditdə Rusiyanın payı 85% təşkil edir.