Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin yaxın vaxtlarda telefonla mayın 18-də başa çatacaq taxıl müqaviləsinin uzadılması məsələsini müzakirə edə bilərlər.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü TASS-a Ankaradakı mənbə bildirib.
"Onların telefon danışıqlarının mümkünlüyü istisna edilmir, çünki bildiyiniz kimi, taxıl müqaviləsi sabah başa çatır. Onun uzadılması üçün razılıqların əldə olunması həyati əhəmiyyət kəsb edir", - o deyib.