Rusiya neftini Avropaya satdığına görə Hindistana qarşı tədbir görülməlidir - Borlell

10:24 - 16 May 2023 - İQTİSADİYYAT

Avropa İttifaqının Rusiya neftini Avropaya satdığı iddia edilən Hindistana qarşı tədbirlərə ehtiyacı var.

Ucnoqta.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bu barədə Financial Times-a müsahibəsində danışıb. 

Onun sözlərinə görə, Rusiya neftinin qiymət tavanı sayəsində Hindistan daha ucuz xammaldan istifadə edə bilib. Beləliklə, Rusiya neftinin böyük hissəsi təmizlənmiş yanacaq şəklində Avropaya çatır.

"Hindistanın Rusiya neftini alması normaldır... Amma əgər onlar buradan Rusiya neftini emal edən və yan məhsullarını bizə satan bir mərkəz kimi istifadə edirlərsə... biz hərəkətə keçməliyik", - Borrell bildirib.

O əlavə edib ki, Hindistan neft məhsullarını satırsa, deməli, kimsə onları alır. Ona görə də Hindistandan neft məhsullarının alıcılarını hədəfə almaq lazımdır.

Xəbər xətti