Taxıl müqaviləsi iki ay uzadılacaq

16:29 - 11 May 2023 - İQTİSADİYYAT

Qara dənizdəki dəhliz vasitəsilə Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının tədarükü üçün taxıl müqaviləsinin iki ay müddətinə uzadılması ehtimalı var.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndə heyətləri arasında danışıqların yekunu üzrə İstanbuldakı mənbəyə istinadən məlumat yayıb.

Yəni sövdələşmə iyulun 18-dək davam edəcək.

Mayın 10-11-də İstanbulda Qara Dəniz Təşəbbüsünün fəaliyyətinə dair dördtərəfli danışıqlar baş tutub.

Xəbər xətti