Taxıl dəhlizi ilə 29,5 milyon tondan çox kənd təsərrüfatı məhsulu ixrac edilib

13:52 - 5 May 2023 - İQTİSADİYYAT

Türkiyə taxıl dəhlizi ilə 29,5 milyon tondan çox kənd təsərrüfatı məhsulunun ixrac edildiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin məlumatında deyilir. Məlumata görə, taxıl dəhlizi boyunca Qara dəniz humanitar təşəbbüsünün həyata keçirilməsi zamanı Ukraynadan 29,5 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib. 

Nazirlikdən verilən məlumata görə, 933 gəmi ilə ümumilikdə 29 milyon 502 min 584 ton kənd təsərrüfatı məhsulu ixrac edilib ki, bunun da 50 faizi qarğıdalı, 28 faizi buğdadır. Çin, İspaniya, Türkiyə, İtaliya və Niderlanda ən çox taxıl ixrac edilən ilk beş ölkə sırasındadır.

Xəbər xətti