Avropa Mərkəzi Bankı (AMB) əsas faiz dərəcəsini 3,5%-dən 3,75%-ə qaldırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə tənzimləyici öz saytında məlumat yayıb. Məlumata görə, AMB Rəhbərlər Şurasının iclasının yekunu üzrə əsas faiz dərəcəsinin 25 baza bəndi - illik 3,5 faizdən 3,75 faizə qaldırılması qərara alınıb. Qərar analitiklərin və bazar iştirakçılarının gözləntiləri ilə üst-üstə düşdü.
Beləliklə, depozitlər üzrə faiz dərəcəsi 3,25 faizə, ECB-nin qısamüddətli kreditləri üzrə faiz dərəcəsi isə 4 faizədək artırılıb. Bu səviyyəyə 2008-ci ilin oktyabrından bəri ilk dəfə nail olunub. Eyni zamanda, faiz artımının tempi aşağı düşüb - əvvəlki iclasda faiz dərəcəsi 50 baza bəndi qaldırılıb. Növbəti iclas iyunun 15-də baş tutacaq.