Qızılın qiyməti ucuzlaşmaqda davam edir
Ucnoqta.az xəbər verir ki, Nyu-Yorkun Comex birjasında qızılın iyun fyuçerslərinin qiyməti 2,35 dollar və ya 0,12% azalaraq 1 troya unsiyası üçün 1989,9 dollar olub. İyul gümüş fyuçersləri 0,65% ucuzlaşaraq bir unsiya üçün 25,067 dollar olub.