Mikayıl Cabbarov Tatarıstanın rəisi ilə görüşdü - Foto

20:14 - 28 Aprel 2023 - İQTİSADİYYAT

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstanın rəisi Rüstəm Minnixanovla görüşüb.

Bu barədə nazir “Twitter”də paylaşım qeyd edib.

“Tatarıstanın rəisi Rüstəm Minnixanov ilə keçirdiyimiz görüşdə Azərbaycan-Tatarıstan münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər və işgüzar əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi apardıq”,- nazir əlavə edib.

Xəbər xətti