Pakistan Rusiya neftinin ilk partiyasını endirimlə alacaq.
Ucnoqta.az "Express News"ə istinadən xəbər verir ki, mümkün endirim 16-18 dollar/barelə çata bilər.
Məlumata görə, mayın sonu və ya iyunun əvvəlində 100 min tonluq partiya Karaçi limanına çatdırılacaq.
Eyni zamanda, İslamabad Rusiyadan xammalı Çin yuanı ilə ödəmək niyyətindədir. Bu ödəniş növü Qərb ölkələrinin ikinci dərəcəli sanksiyaları altına düşmək riskinin qarşısını almaq üçün zəruridir və həm də Asiya dövlətində ABŞ dolları qıtlığı fonunda vacibdir, məqalədə deyilir.