Neftin qiyməti ucuzlaşıb
Ucnoqta.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin qiyməti martın 31-dən bəri ilk dəfə bir barel üçün 79 dollardan aşağı düşüb. Brent markalı neftin maya dəyəri 2,22% azalaraq 78,97 dollar/barelə bərabər olub.
WTI markalı xam neftin 2023-cü ilin iyununda fyuçersləri 1,73% ucuzlaşıb.