FED-in faiz qərarı nə vaxt açıqlanacaq? - Təqvim

10:59 - 25 Aprel 2023 - İQTİSADİYYAT

ABŞ-da inflyasiya səviyyəsi aşağı düşərkən, növbəti iclasda qərar sual altındadır.

Ucnoqta.az xəbər verir ki, ötən ay keçirilən iclasda siyasət faizi 25 bənd artırılıb və ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini 4,75-5 aralığına qaldırıb. Son artımla bank siyasət faizini 2007-ci ildən bəri qeydə alınan ən yüksək həddə qaldırdı. Xüsusilə ABŞ-da inflyasiya dərəcələri aşağı düşərkən FED-in faiz qərarının necə olacağı müzakirə edilir.

FED faiz iclasının təqvimi açıqlanıb. Belə ki; FED-in faiz qərarı aprel ayında açıqlanmayacaq. Növbəti iclas mayın 2-3-də keçiriləcək və kritik faiz qərarı mayın 3-ü axşam saatlarında açıqlanacaq.

Təqvim

2-3 may 2023-cü il
13-14 iyun 2023-cü il
25-26 iyul 2023-cü il
19-20 sentyabr 2023-cü il
31 oktyabr – 1 noyabr 2023-cü il
12-13 dekabr 2023-cü il
30-31 yanvar 2024-cü il

Xəbər xətti