“2023-cü ilin yanvar-mart aylarında qeyri-neft-qaz sektoru üzrə ÜDM 4,9% artaraq 16 milyard 959,8 milyon manat olub”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
"Qeyri-neft-qaz sektorundakı artım iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların müsbət nəticəsidir" - nazir bildirib.
2023-cü ilin yanvar-mart aylarında #qeyrineft-qaz sektoru üzrə #ÜDM 4,9% artaraq 16 mlrd. 959,8 mln. ₼ olub. Qeyri-neft-qaz sektorundakı artım iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların müsbət nəticəsidir.#EconomyAz pic.twitter.com/hpIdHagAsq — Mikayil Jabbarov (@MikayilJabbarov) April 20, 2023