Bolqarıstan Ukraynadan taxıl tədarükünü qadağan edəcək
Ucnoqta.az xəbər verir ki, bunu Respublikanın baş naziri Qılıb Donev deyib. Onun sözlərinə görə, Bolqarıstanın kənd təsərrüfatı istehsalçılarının müflisləşməsi ölkəyə heç bir şəkildə kömək etməyəcək.
Baş nazir qeyd edib ki, Bolqarıstanın texniki hökuməti tranzit istisna olmaqla, kənd təsərrüfatı məhsullarının Ukraynadan idxalına qadağa qoyulmasını müzakirə edəcək və qərar verəcək.
"Ukraynadan gələn əhəmiyyətli miqdarda ərzaqların ölkədə qalmasına, əsas istehsal və ticarət şəbəkələrinin pozulmasına, Bolqarıstan biznesinə ciddi ziyan vurmasına səbəb olub. Bolqarıstan Ukrayna ilə həmrəylikdə qalır, lakin bolqar kənd təsərrüfatı istehsalçılarının müflisləşməsi ona heç bir şəkildə kömək etməyəcək" - Donev vurğulayıb.