Bitkoinin qiyməti rekord həddə yüksəlib

12:31 - 14 Aprel 2023 - İQTİSADİYYAT

Bitcoin 2022-ci ilin iyun ayından bəri ilk dəfə bir sikkə üçün 31.000 dollara qədər yüksəlib

Ucnoqta.az xəbər verir ki, aprelin 14-də Binance kriptovalyuta birjasında ticarət zamanı Bitkoin bir sikkə üçün 31.000 dollardan yuxarı qalxıb. Məlumata görə, ən populyar kriptovalyuta 2022-ci ilin iyun ayının əvvəlindən bəri ilk dəfə bu səviyyəyə çatıb.

 Bir gündə bitkoinin qiyməti təxminən üç faiz, bir həftə ərzində isə on faizdən çox ardıb. Eyni zamanda, ilin əvvəlindən kriptovalyuta 80 faiz bahalaşıb. Bununla belə, Bitcoin 2021-ci ilin rekordundan hələ də bir sikkə üçün 68,78 min dollardan çox uzaqdır.

Xəbər xətti