Türkiyənin müdafiə sənayesi büdcəsi 75 milyard dollara yüksələcək
Ucnoqta.az xəbər verir ki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hökumət ölkənin müdafiə sənayesi müəssisələrinin ümumi büdcəsini 75 milyard dollara çatdırmaq niyyətindədir.
"Müdafiə sənayesində layihələrin sayı 62-dən 750-yə, şirkətlərin sayı 56-dan 2700-ə yüksəlib. Biz hakimiyyətə gələndə 5,5 milyard dollar dəyərində müdafiə layihələri həyata keçirilirdi. Bu gün bu rəqəm 60 milyard dolları ötüb. Və sonra tender mərhələsində olan layihələri nəzərə alaraq müdafiə sənayesi büdcəsini 75 milyard dollara çatdırırıq”, - deyə o, ilk yerli desant gəmisi “Anadolu”nun orduya təhvil verilməsi mərasimində danışıb.
Ərdoğanın fikrincə, maliyyələşmənin artırılması “bütün sahələrdə yeni irəliləyişlərə” gətirib çıxaracaq.
“Biz müdafiə sektorunda xaricdən asılılığın nəzərəçarpacaq dərəcədə azalmasına nail olmuşuq".