Neftin qiyməti 85 dolları ötüb

07:02 - 3 Aprel 2023 - İQTİSADİYYAT

Londonun ICE birjasında Brent markalı neftin qiyməti bir barel üçün 85 dolları ötüb.

Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, Londonun ICE birjasında 2023-cü ilin iyununda Brent markalı neftin fyuçers müqaviləsinin qiyməti martın 7-dən bəri ilk dəfə bir barel üçün 85 dolları ötüb.

 Brent markalı neftin maya dəyəri 6,43% artaraq 85,03 dollar/barelə çatıb.

 Eyni zamanda, WTI markalı xam neftin 2023-cü ilin may ayı üçün fyuçersləri 7,15% artaraq bir barel üçün 81,08 dollar təşkil edir.

Xəbər xətti