Bakıda zəncirvari qəza olub

05:06 - 2 Aprel 2023 - HADİSƏ

Bakıda üç maşın qəzaya uğrayıb.

Bakının Nizami rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, yol qəzası Babək prospektində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü sükana nəzarəti itirərək maşını işıqforun qırmızı işığında dayanan “Opel” və “Toyota” markalı avtomobillərə çırpıb. Qəza nəticəsində hər üç maşına ciddi ziyan dəyib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti