Zelenski Makronla telefonla danışıb

16:44 - 1 Aprel 2023 - DÜNYA

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Twitter" hesabında bildirib ki, telefon danışığı bir saat davam edib.

Zelenski cəbhədəki vəziyyətlə bağlı Makrona ətraflı məlumat verdiyini bildirib: 
"Biz Sülh Formulasının həyata keçirilməsi üçün gələcək addımlar, qarşıdan gələn beynəlxalq tədbirlərdə koordinasiyalı işləmək barədə də danışdıq", - dövlət başçısı əlavə edib.

Xəbər xətti