İstanbulda müxalifət partiyasının ofisi atəşə tutuldu - FOTO

15:05 - 31 Mart 2023 - HADİSƏ

Türkiyənin müxalif "İYİ Partiya" binasının İstanbulun Zeytinburnu istiqamətində yerləşən ofisinə silahla atəş açılıb.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki güllənin əyalət başçılığının pəncərələrinə dəydiyi müəyyən edilib. İstanbul valiliyindən verilən açıqlamada hadisə ilə bağlı araşdırmalara başlanıldığı açıqlanıb.

İlkin məlumata görə, yoldan keçən bir avtomobildən atəş açılıb. Səhər saatlarında binaya gələn əməkdaşlar şüşənin üzərindəki güllə izini görəndə polisə xəbər veriblər. Hadisə yerinə gələn polis araşdırmalara başlayıb. Müayinə zamanı 2 güllənin il başçılığının pəncərələrinə dəydiyi müəyyən edilib.

Polisin araşdırması davam edərkən təcavüzkarın tutulması istiqamətində işlərin davam etdiyi qeyd edilib.
"İYİ Partiyası"nın sədri Meral Akşenerin vilayət binasına gələcəyi bildirilib.


Xəbər xətti