Fransa Ukraynaya mərmi tədarükünü artıracaq

13:02 - 28 Mart 2023 - DÜNYA

Paris Ukraynaya 155 mm çaplı mərmilərin tədarükünü artıracaq.

Ucnoqta.az "Figaro"ya istinadən xəbər verir ki, bunu Fransa Silahlı Qüvvələrinin naziri Sebastyen Lekornu deyib. O, bildirib ki, Paris 155 mm-lik mərmi tədarükünü iki dəfə artıracaq.

O, həmçinin qeyd edib ki, Fransa tərəfi tezliklə Kiyevə dəyəri bir neçə yüz milyon avro olan SAMP/T zenit-raket kompleksi verəcək.

Xəbər xətti