Tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir - VİDEO

11:01 - 28 Mart 2023 - Xəbər

2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, tank heyətləri ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlər davam edir.

Xəbər xətti