Cənubi Koreya, ABŞ və Yaponiya dəniz təlimləri keçirəcək

10:38 - 28 Mart 2023 - DÜNYA

Koreya Respublikası və ABŞ Hərbi Dəniz Qüvvələri, eləcə də Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri Amerikanın “Nimitz” nüvə təyyarədaşıyan gəmisinin iştirakı ilə üçtərəfli təlim keçirməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi ABŞ Hərbi Dəniz Qüvvələrinin 11-ci təyyarədaşıyan zərbə qrupunun komandiri Kristofer Sviniyə istinadən məlumat yayıb.

O, bildirib ki, Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri və Koreya Respublikası Hərbi Dəniz Qüvvələri ilə üçtərəfli təlimlər planlaşdırılır. 

Amerika təyyarədaşıyan gəmisi çərşənbə axşamı Pusana gəlib. Agentliyin mənbəsinin sözlərinə görə, gəmi böyük ehtimalla bu həftənin sonunda limanı tərk edəcək, təlimlər isə gələn həftənin əvvəlində baş tutacaq.

Sonuncu dəfə Amerikanın “Ronald Reagan” təyyarədaşıyan gəmisinin iştirakı ilə üçtərəfli hərbi dəniz təlimi 2022-ci ilin oktyabrında keçirilib.

Xəbər xətti