ICE birjasında Brent markalı neftin qiyməti martın 15-dən bəri ilk dəfə 78 dollar/barelə yüksəlib.
Ucnoqta.az xəbər verir ki, Londonun ICE birjasında 2023-cü ilin iyununda Brent markalı neftin fyuçers müqaviləsinin qiyməti martın 15-dən bəri ilk dəfə bir barel üçün 78 dollara yüksəlib.
Brent markalı neftin qiyməti 4,57% artaraq 78 dollar/barelə bərabər olub.