Şabranda 8 otaqlı ev yanıb

15:47 - 23 Mart 2023 - HADİSƏ

Şabran rayonunun Uzunboyad kəndində ümumi sahəsi 160 m² olan, ikimərtəbəli, 8 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 65 m² sahədə yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti