Tovuzda 20 yaşlı gənc xəstəxanada ölüb

13:20 - 23 Mart 2023 - HADİSƏ

Tovuzda xəstəxanaya gətirilən 20 yaşlı gənc orada ölüb.

"Report" xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, martın 22-də 2003-cü il təvəllüdlü Tunar Cəfərov Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə “dəqiqləşdirilməmiş koma” diaqnozu ilə daxil olub və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti