Koronaya yoluxanların sayı AÇIQLANDI

17:00 - 22 Mart 2023 - Xəbər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 829 284 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 922 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 209 nəfərdir.

Ölkədə son sutka ərzində 441, hazırkı dövrədək isə 7 550 795 test aparılıb.


Xəbər xətti