Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırıldı

20:04 - 19 Mart 2023 - İDMAN

Mahir Emreli millinin toplanışında iştirak etməyəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, Türkiyə Superliqasında çıxış edən "Konyaspor" klubunun üzvü Mahir Emreli zədəli olduğu üçün Azərbaycan milli komandasının təlim-məşq toplanışında və Avro-2024-ün seçmə mərhələsi çərçivəsində bu ay keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.

Xatırladaq ki, millimiz martın 24-də Avstriya, 3 gün sonra isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.

Xəbər xətti