"Mançester Yunayted" Avropa Liqasında 1/4 finala yüksəlib

00:29 - 17 Mart 2023 - İDMAN

“Mançester Yunayted” Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda səfərdə İspaniya “Betis”inə qalib gəlib.

Ucnoqta.az xəbər verir kiŞ qarşılaşma 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Yeganə qolu ikinci hissədə “Mançester Yunayted”in hücumçusu Markus Raşford vurub.

Xatırladaq ki, ilk oyunda “Mançester Yunayted” öz meydanında 4:1 hesabı ilə böyükhesablı qələbə qazanıb.

İngilislər iki görüşün cəminə görə növbəti mərhələyə keçiblər.

Xəbər xətti