Neftin qiyməti 75 dollardan aşağı düşüb

19:15 - 15 Mart 2023 - İQTİSADİYYAT

Brent markalı neftin qiyməti ticarət zamanı 75 dollar/bareldən aşağı düşüb.

Ucnoqta.az xəbər verir ki, bu, 2021-ci ilin dekabrından bəri ilk dəfə baş verib. Brent üçüncü gündür ki, sürətlə ucuzlaşır. 
2023-cü ilin mayında icrası nəzərdə tutulan Brent markalı neftin tədarükü üzrə müqavilələrin dəyəri qitələrarası birjanın məlumatına görə, martın 15-də keçirilən ticarət zamanı bir barel üçün 75 dollardan aşağı düşüb.

Üç ticarət günü ərzində yanacağın bir barelinin dəyəri 8,74 dollar (10,56%) azalıb.

Xəbər xətti