Brent markalı neftin qiyməti 2022-ci il dekabrın 12-dən bəri ilk dəfə bir barel üçün 77 dollardan aşağı düşüb.
Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, ICE London birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 2022-ci il dekabrın 12-dən bəri ilk dəfə bir barel üçün 77 dollardan aşağı düşüb.
Brent markalı neftin qiyməti 4,72% ucuzlaşaraq 76,96 dollar/barelə bərabər olub.
Brent markalı neftin bir bareli 77,06 dollar (-4,66%) təşkil edib. Eyni zamanda, WTI markalı xam neftin aprel fyuçersləri 5,05% ucuzlaşaraq bir barel üçün 71,02 dollar olub.