Neftin qiyməti fevralın 28-dən bəri ilk dəfə olaraq bir barel üçün 82 dollara düşüb
Cari ilin may ayında tədarük ediləcəyi gözlənilən Brent markalı neftin fyuçerslərinin dəyəri fevralın 28-dən bəri ilk dəfə ticarət zamanı bir barel üçün 82 dollara düşüb. Ucnoqta.az xəbər verir ki, bu barədə London ICE birjasının məlumatında deyilir.
Ticarət meydançasının məlumatına görə, Brent markalı neftin bir barelinin qiyməti 82 dollara qədər ucuzlaşaraq 0,8% azalma nümayiş etdirib.