Ər-Riyad və Ankara Səudiyyə İnkişaf Fondunun Türkiyə Mərkəzi Bankına 5 milyard dollarlıq əmanət yerləşdirməsi barədə razılığa gəliblər.
Ucnoqta.az xəbər verir ki, sənədi Səudiyyə Ərəbistanının turizm naziri, fondun idarə heyətinin sədri Əhməd əl-Xətib və Türkiyə Mərkəzi Bankının rəhbəri Şahap Kavcıoğlu imzalayıblar.
Bildirilir ki, Ər-Riyad Kral Salman bin Əbdüləziz Əl Səud və vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşəbbüsü ilə Türkiyə tənzimləyicisi ilə müqavilə bağlayıb.