Səudiyyə Ərəbistanı Türkiyə Mərkəzi Bankına 5 milyard dollar depozit qoyacaq

16:26 - 6 Mart 2023 - İQTİSADİYYAT

Ər-Riyad və Ankara Səudiyyə İnkişaf Fondunun Türkiyə Mərkəzi Bankına 5 milyard dollarlıq əmanət yerləşdirməsi barədə razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, sənədi Səudiyyə Ərəbistanının turizm naziri, fondun idarə heyətinin sədri Əhməd əl-Xətib və Türkiyə Mərkəzi Bankının rəhbəri Şahap Kavcıoğlu imzalayıblar.

Bildirilir ki, Ər-Riyad Kral Salman bin Əbdüləziz Əl Səud və vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşəbbüsü ilə Türkiyə tənzimləyicisi ilə müqavilə bağlayıb.

Xəbər xətti