İstanbul Qaz Sammiti mart ayında keçirilməyəcək

13:36 - 6 Mart 2023 - İQTİSADİYYAT

Martın 22-nə planlaşdırılan İstanbul Qaz Sammiti bu ay baş tutmayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Sərvətlər və Energetika Nazirliyindəki mənbə bildirib.

"Bəli, hazırda onun martın 22-də baş tutmayacağı məlumdur. Mümkün tarix göstərilməyib", - mənbə bildirib.

Xəbər xətti