Neftin qiyməti ucuzlaşıb

12:45 - 6 Mart 2023 - İQTİSADİYYAT

Dünya bazarında neftin qiyməti martın 6-da Çin iqtisadiyyatının dinamikası ilə bağlı proqnozlar fonunda ucuzlaşmağa başlayıb.

Ucnoqta.az xəbər verir ki, bunu ICE London Fond Birjasında ticarət məlumatları sübut edir.

 Belə ki, Brent markalı neftin may fyuçersləri 0,84% ucuzlaşaraq 85,11 dollar/barelə, WTI markalı neftin aprel fyuçersləri isə 0,89% azalaraq 78,97 dollara düşüb.

Xəbər xətti