Moldova Yunanıstandan qaz almaqda maraqlıdır

16:56 - 1 Mart 2023 - İQTİSADİYYAT

Moldova Yunanıstandan maye qaz almaqda maraqlıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə prezident Maya Sandu Yunanıstan rəhbəri Katerina Sakellaropulou ilə danışıqların yekunlarına dair brifinq zamanı bildirib.

O, həmçinin qeyd edib ki, ölkə əsas regional enerji qovşağı olan ölkə ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqda maraqlıdır.

Yunanıstan prezidenti moldovalı həmkarı ilə görüşdən sonra Saloniki və Larisa şəhərləri yaxınlığında iki qatarın toqquşması səbəbindən ölkəyə səfərini yarımçıq qoyub.

Emin

Xəbər xətti